İspaniya Qran Prisi: İkinci sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +19°-21° C, trasın temperaturu +28°-34° C Nahardan sonra hava düzəlib, asfaltın temperaturu isə +30 dərəcəni keçib. […]

Quru. Günəşli. Havanın temperaturu +19°-21° C, trasın temperaturu +28°-34° C

Nahardan sonra hava düzəlib, asfaltın temperaturu isə +30 dərəcəni keçib. Komandalar hazırladıqları yeniliklərin effektliyini qiymətləndiriblər və iki təkər tərkibini müqayisə ediblər: yenilənmiş Hard tərkibini bazar günü komandalar yarışın böyük hissəsi üçün əsas seçəcəklər.

Komandalar səhər itirdikləri vaxtı kompensə etməyə çalışıblar – qrafik çox zəngin alınıb, sürücülər böyük məsafələr qət ediblər. Hərçənd, sessiyanın sonuna 20 dəqiqə qalmış sarı bayraqlar peyda olub – Pol di Restanın maşınında sol arxa təkər dağılıb: 10 dövrəlik seriyanın sonunda Medium tərkibi tab gətirməyib.

Sessiyanın sonunda avtodromun səmasına qara buludlar toplaşıb, amma yağış yağmayıb. Ən böyük məsafəni Niko Rosberq qət edib – 45 dövrə, protokollara isə Sebastyan Fettel başçılıq edib – 1:22.808.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 S.Fettel Red Bull Renault 1:22.808 34
02 F.Alonso Ferrari Ferrari 1:22.825 + 0.017 35
03 M.Uebber Red Bull Renault 1:22.891 + 0.083 36
04 K.Rəykkönen Lotus Renault 1:23.030 + 0.222 32
05 F.Massa Ferrari Ferrari 1:23.110 + 0.302 37
06 L.Həmilton Mercedes AMG Mercedes 1:23.140 + 0.332 35
07 N.Rosberq Mercedes AMG Mercedes 1:23.398 + 0.590 45
08 A.Sutil Force İndia Mercedes 1:23.840 + 1.032 37
09 J.E.Vern Toro Rosso Ferrari 1:24.058 + 1.250 31
10 P.di Resta Force İndia Mercedes 1:24.104 + 1.296 25
11 D.Rikkardo Toro Rosso Ferrari 1:24.175 + 1.367 32
12 C.Batton McLaren Mercedes 1:24.306 + 1.498 35
13 S.Peres McLaren Mercedes 1:24.854 + 2.046 31
14 V.Bottas Williams Renault 1:24.888 + 2.080 38
15 N.Hülkenberq Sauber Ferrari 1:25.167 + 2.359 38
16 P.Maldonado Williams Renault 1:25.321 + 2.513 32
17 E.Qutyerres Sauber Ferrari 1:25.441 + 2.633 37
18 R.Qrojan Lotus Renault 1:25.851 + 3.043 36
19 Q.van der Qarde Caterham Renault 1:25.963 + 3.155 30
20 J.Byanki Marussia Cosworth 1:26.078 + 3.270 31
21 Ş.Pik Caterham Renault 1:26.930 + 4.122 35
22 M.Çilton Marussia Cosworth 1:26.970 + 4.162 26
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

İspaniya Qran Prisi: İkinci sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +28°-29° C, trasın temperaturu +43°-45° C Nahardan əvvəl yeniliklərini yoxlayan komandalar nahardan sonra sazlanmaların axtarışına və […]

Quru. Günəşli. Havanın temperaturu +28°-29° C, trasın temperaturu +43°-45° C

Nahardan əvvəl yeniliklərini yoxlayan komandalar nahardan sonra sazlanmaların axtarışına və müxtəlif yanacaq ehtiyatı ilə iki təkər tərkibinin effektliyini qiymətləndirilməsinə başlayıblar. Sürücülər əvvəlcə Hard, daha sonra isə Soft tərkibi ilə işləyiblər, komandalar işləri sürücülər arasında bölüblər – sürücülərdən biri Hard-la, digəri isə Soft-la uzun dövrəlrə seriyası edib.

Kartikeyanın maşınında nahardan əvvəl yaranmış elektronik problemlər yalnız sessiyanın sonuna yaxın həll olunub, amma trasa çıxan hindistanlı sürücü maşını təhlükəsizlik zonasında saxlamalı olub.

Uebber və Kobayaşi dördüncü döngənin çıxışında trasdan çıxaraq çınqıllı sahəyə düşüblər, sessiyanın sonunda isə Bruno Senna 12-ci döngədə yerində fırlanıb.

Protokollara Censon Batton başçılıq edib, britaniyalı sürücü sıralanma turu rejimində – 1:23.399 göstərib.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 C.Batton McLaren Mercedes 1:23.399 38
02 S.Fettel Red Bull Renault 1:23.563 + 0.164 38
03 N.Rosberq Mercedes AMG Mercedes 1:23.771 + 0.372 41
04 L.Həmilton McLaren Mercedes 1:23.909 + 0.510 32
05 K.Rəykkönen Lotus Renault 1:23.918 + 0.519 32
06 R.Qrojan Lotus Renault 1:23.964 + 0.565 37
07 M.Uebber Red Bull Renault 1:24.065 + 0.666 34
08 M.Şumaher Mercedes AMG Mercedes 1:24.080 + 0.681 36
09 K.Kobayaşi Sauber Ferrari 1:24.214 + 0.815 41
10 N.Hülkenberq Force İndia Mercedes 1:24.365 + 0.966 22
11 F.Massa Ferrari Ferrari 1:24.418 + 1.019 35
12 S.Peres Sauber Ferrari 1:24.422 + 1.023 32
13 P.Maldonado Williams Renault 1:24.468 + 1.069 40
14 F.Alonso Ferrari Ferrari 1:24.600 + 1.201 33
15 P.di Resta Force İndia Mercedes 1:24.688 + 1.289 30
16 J.E.Vern Toro Rosso Ferrari 1:24.733 + 1.334 34
17 D.Rikkardo Toro Rosso Ferrari 1:24.769 + 1.370 37
18 B.Senna Williams Renault 1:25.047 + 1.648 42
19 H.Kovalaynen Caterham Renault 1:26.296 + 2.897 36
20 V.Petrov Caterham Renault 1:26.740 + 3.341 35
21 T.Qlok Marussia Cosworth 1:27.314 + 3.915 27
22 Ş.Pik Marussia Cosworth 1:27.664 + 4.265 30
23 P.de la Rosa HRT Cosworth 1:28.235 + 4.836 26
24 N.Kartikeyan HRT Cosworth 2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

İspaniya Qran Prisi: İkinci sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +41° C Bugünkü yürüşlər açıq səma altında keçib. Trasın vəziyyəti axşama yaxın […]

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +41° C

Bugünkü yürüşlər açıq səma altında keçib. Trasın vəziyyəti axşama yaxın yaxşılaşıb və komandalar yeni Hard təkərlərinin effektliyini qiymətləndirə biliblər.

Pirelli-nin ehtimal etdiyi kimi, bərk və yumşaq tərkiblərin sürət fərqi kəskin artıb və bu faktor yarışa optimal strategiya seçimində həlledici rol oynayacaq.

İkinci sessiyada kiçik insidentlər baş verib – Felipe Massa beşinci döngədə trasdan çıxıb, elə həmin yerdə Timo Qlok da maşını itirib, dördüncü döngədə isə Narain Kartikeyan trasdan çıxıb. Adrian Sutil texniki problemlərlə üzləşib və sessiyanın çox hissəsini boksda keçirib.

Səhər olduğu kimi, protokollara Mark Uebber başçılıq edib, iki Red Bull sürücüsünü Lyuis Həmilton ayıra bilib…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 M.Uebber Red Bull Renault 1:22.470 35
02 L.Həmilton McLaren Mercedes 1:22.509 + 0.039 27
03 S.Fettel Red Bull Renault 1:22.826 + 0.356 37
04 C.Batton McLaren Mercedes 1:23.188 + 0.718 32
05 F.Alonso Ferrari Ferrari 1:23.568 + 1.098 34
06 N.Rosberq Mercedes GP Mercedes 1:23.586 + 1.116 35
07 M.Şumaher Mercedes GP Mercedes 1:23.981 + 1.511 30
08 F.Massa Ferrari Ferrari 1:24.278 + 1.808 30
09 K.Kobayaşi Sauber Ferrari 1:24.290 + 1.820 33
10 N.Haydfeld Lotus Renault GP Renault 1:24.366 + 1.896 31
11 S.Peres Sauber Ferrari 1:24.483 + 2.013 38
12 V.Petrov Lotus Renault GP Renault 1:24.786 + 2.316 43
13 S.Buemi Toro Rosso Ferrari 1:25.296 + 2.826 33
14 R.Barrikello Williams Cosworth 1:25.303 + 2.833 38
15 X.Algersuari Toro Rosso Ferrari 1:25.457 + 2.987 34
16 P.Maldonado Williams Cosworth 1:25.603 + 3.133 43
17 P.di Resta Force İndia Mercedes 1:26.073 + 3.603 32
18 H.Kovalaynen Team Lotus Renault 1:26.417 + 3.947 37
19 A.Sutil Force İndia Mercedes 1:27.123 + 4.653 20
20 Y.Trulli Team Lotus Renault 1:27.189 + 4.719 34
21 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:28.036 + 5.566 36
22 T.Qlok Marussia Virgin Cosworth 1:28.062 + 5.592 28
23 N.Kartikeyan Hispania Cosworth 1:29.469 + 6.999 28
24 V.Liutsi Hispania Cosworth 1:29.476 + 7.006 31

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*