M.Zurer: Ferrari problemləri həll etməlidir

Sabiq Formula1 sürücüsü Mark Zurer bildirib ki, Ferrari etibarsızlıq və strategiya problemlərini həll etməlidir.

F-1.az xatırladır ki, Ferrari keçən il sıralanma turunda sürətli olsa da, yarışda ya səhv strategiyaya görə ya da etibarsızlıq probleminə görə geridə qalırdılar.

Frederik Vassyör komandaya gəldikdən sonra strategiya şöbəsində dəyişikliklər edib. İnaki Rueda bazada işləyəcək və onu Ravin Ceyn əvəz edəcək. Bundan başqa motorun daha etibarlı və daha güclü olduğu deyilir.

Mark Zurer: “Ferrari bu mövsüm 30 at gücü daha qüvvətli ola bilər. Xüsusən də keçən il mövsümün ikinci yarısında etibarsızlıq problemlərinə görə problem yaşadılar. Lakin belə görünür ki, problemi həll ediblər.

Üstəlik çox sürətli maşınları var idi və səhvlər strategiya və pitlərdə oldu. Bu problemi həll etmək maşını sürətləndirməkdən daha asandır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*