Ş.Lekler: Ədalətli yarış idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Ciddədə qələbəni əldən versə də, mübarizədən razı qalıb.

F-1.az xatırladır ki, monakolu sürücü yarışın sonlarına lider girsə də, rəqibi Ferstappenin hücumlarına tab gətirə bilməyib və ikinciliyə razı olub.

Şarl Lekler: “Aman Allahm! Yarışdan həzz aldım. Sərt və ədalətli yarış idi Hət yarış belə keçməlidir. Çox əyləncəli idi.

İkinci yerə görə məyusam. Bu gün qalib gəlmək istəyirdim. Kiçik fərqlə qaçırdıq. Ferrari və Red Bull fərqli sazlanmalar seçmişdi. Biz döngələrdə, onlar düzlkülərdə sürətli idilər. Buna görə də düzlükdə Maksa qarşı mübarizə aparmaq çətin idi. Onlar əla işlədilər və əyləncəli idi.

Bir-birimizə həmişə hörmət etmişik. Belə yarışdan sonra həmişə hörmət etmək lazımdır. Şəhər tipli trasda bir-birimizə qarşı amansız idik. Lakin mən məyusam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*