T.Qlok: “Bu podium bizim üçün çox vacib idi”

Sinqapur podiumu bu il Timo Qlok üçün ikinic olub – Malayziyada alman sürücü üçüncü olmuşdu, ikinci yer sürücünün kareyrasında keçən […]

Sinqapur podiumu bu il Timo Qlok üçün ikinic olub – Malayziyada alman sürücü üçüncü olmuşdu, ikinci yer sürücünün kareyrasında keçən il Macarıstanda qazandığı ən yaxşı göstəricinin təkrarıdır…

Timo Qlok: “Əla uik-end oldu, bu nəticə bütün komandanın gərgin işinin bəhrəsidir. Alonsonu ilk dövrələrdə qabaqlamaq vacib idi və mən startda bunu edə bilmədiyim üçün məyus olmuşdum. Amma sonra o Uebberlə mübarizəyə girişdi və mən onların yanından keçə bildim. Bu həlledici an oldu, bundan sonra mən bütün diqqətimi strategiyamızın reallaşdırılmasına yönəltdim və səhvə yol vermədim.

Ev yarışı ərəfəsində komanda əla nəticə göstərdi, bu podium bizim hər birimiz üçün, mühəndis və mexaniklər üçün, Kölndə və Yaponiyadakı əməkdaşlar üçün çox vacib idi. Bu gün maşın əla idi, ümid edirəm ki, biz Suzukada da rəqabətədavamlı olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*