Sürücülər simulyatorda iş təcrübəsidən danışıblar

Son günlər Mixael Şumaherin simulyatorda iş zamanı çətinliklərlə üzləşməsi xəbəri geniş müzakirə olunur. Amma məlum olub ki, bu, bir çox […]

Son günlər Mixael Şumaherin simulyatorda iş zamanı çətinliklərlə üzləşməsi xəbəri geniş müzakirə olunur. Amma məlum olub ki, bu, bir çox sürücülərin üzləşdiyi problemdir.

Məsələ ondadır ki, avtoidmana aviasiyadan gəlmiş simulyator trasın surəti olan böyükbucaqlı monitor qarşısında hərəkət edən platforma üzərində quraşdırılmış monokokdan ibarətdir. Yarış zamanı ciddi yüklənmələrə məruz qalan sürücülər üçün belə bir qeyri-real şərait təbii sayılmır, nəticədə bəzi sürücülər dəniz xəstəliyinin simptomlarını yaşayırlar.

Keçmiş Formula1 sürücüsü, hazırda BBC-nin şərhçisi olan Martin Brandl qeyd edib ki, “simulyatorda iş zamanı bir çox sürücülər problemlərlə üzləşirlər, amma məşqlərin davamiyyətini azaltmaqla problemdən qaçmaq olar – hər şey konkret insandan və onun müvazinət (vestibulyar) aparatından asılıdır.”

Formula1 maşınlarının simulyatorunu birinci quraşdıran komandalardan biri McLaren olub, komandanın hazırkı başçısı Martin Uitmarş vaxtılə British Aerospace aerokosmik şirkətində çalışıb. Komandanın keçmiş test sürücülərindən biri Aleks vürs xatırlayır ki, onun da simulyatorda iş zamanı problemləri yaranıbmış, “biz hətta hərbi hava qüvvələrindən həkim də dəvət etdik ki, mənə kömək etsin. Başım fırlanırdı, həkim isə xüsusi proqram hazırladı və doğrudan da mənə kömək etdi.”

McLaren-in daha bir test sürücüsü Pedro de la Rosa isə belə bir hadisəni xatırlayıb: “Bir dəfə trenajorda iş zamanı başım elə fırlandı ki, otaqdan çıxarkən qapıya tərəf getsəm də divara çırpıldım.”

Yeri gəlmişkən, Mercedes GP komandası öz simulyatorunu təkmilləşdirmək məqsədilə keçmiş Formula1 sürücüsü, hazırda isə Peugeot-nun zavod komandasının sürücüsü və BBC-nin radio şərhçisi Əntoni Dəvidsonu dəvət etmişdi. Deyilənlərə görə, britaniyalı sürücü komandanın əsas sürücülərinin işini yüngülləşdirib, xüsusən də Mixael Şumaherin – Brəklidə təsdiq ediblər ki, yeddiqat dünya çempionu, həqiqətən, uzunmüddətli məşq zamanı çətinliklərlə üzləşib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*