“Səkkiz motor qaydasıп”nın şərhi

2008-ci il mövsümündə sürücülər bir motordan iki yarışda istifadə etməli idilər, motorun plandankənar dəyişdirilməsi start yerinin itirilməsi ilə cərimələnirdi. 2009-cu […]

2008-ci il mövsümündə sürücülər bir motordan iki yarışda istifadə etməli idilər, motorun plandankənar dəyişdirilməsi start yerinin itirilməsi ilə cərimələnirdi. 2009-cu il mövsümünə reqlamentin müzakirəsi zamanı söhbət motorun resursunun 3 yarışa kimi artırılmasından gedirdi, amm bu yaxınlarda çox maraqlı olan “səkkiz motor qaydası” peyda olub.

Yeni qaydaya əsasən, sürücü mövsüm ərzində səkkiz motordan istifadə edə bilər, daha dörd motoru komanda testlər və cümə sərbəst yürüşləri üçün alacaq. Təqvimin 17 yarışdan ibarət olduğunu nəzərə alsaq bir motora 2.125 yarış düşür, və ya yeddi motor keçən il olduğu kimi 2 yarışda, bir motor isə üç yarışda istifadə olunmalıdır. Bu sxem yalnız bir nəzəriyyədir, motorların 100%-lik etibarlılığı zamanı bir çox variantlar mövcuddur.

Mövsümün əvvəlində komandalar gələcək üçün zəmin yaradacaqlar – ilk asan üş yarışları bir motorla keçirməklə, motorları daha çox yükləyən yarışlara yeni motorlar saxlanılacaq. Həm də bu səkkiz motordan heç də ardıcıl istifadəe dilməsi də şərt deyil, yəni, məsələn, sürətli Monsa yarışına sürücü əvvəlki Spa yarışında istifadə etdiyi motorla çıxmaya bilər, əksinə daha az yüklənmiş Macarıstan və ya Monako yarışında istifadə olunmuş motordan istifadə edə bilər.

Amma hələ bir az qaranlıq məqamlar var: əgər komanda icazə verilən səkkiz motordan mövsümün sonuna kimi istifadə etsə nə olacaq, doqquzuncu motordan istifadəyə icazə varmı? Bütün bu məqamlar FİA-nın texniki xidmətlərinin açıqlamalarından sonra aydın olacaq. Amma indidən bəllidir ki, bu motor qaydası mövsümü daha da maraqlı edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*