S.Fettel: “Mən təslim olmuram!”

Sebastyan Fettel bu il Şanxay və Silverstoun traslarında qələbə qazanıb, amma son iki yarışda o xal qazanmayıb və hazırda çempionatda […]

Sebastyan Fettel bu il Şanxay və Silverstoun traslarında qələbə qazanıb, amma son iki yarışda o xal qazanmayıb və hazırda çempionatda dördüncü yerdə gedir. Spada Fettel jurnalistlərə bildirib ki, o mübarizəni davam etdirəcək və geriqalmanı aradan qaldırmaq fikrindədir…

Sebastyan Fettel: “Hələ hər şey mümkündür, mən təslim olmuram. Geriqalma 25 xaldır, aradan qaldırmaq asaan deyil, amma biz Formula1-də vəziyyətin necə tez dəyişməsinin şahidi olmuşuq. Censon da son yarışlarda stabil deyil, səbəbini bilmirəm, amma bu bizə kömək edə bilər. Son iki yarışda biz xal qazanmalı idik, amma bu alınmadı. Vəziyyət çətinləşdi, amma hələ heç nə həll olunmayıb.

Motorların imtinası xoşagəlməz haldır və hazırda komanda bütün mümkün variantları nəzərdən keçirir. Çox güman ki, cümə günləri mən qısa məsafələr qət edəcəm. Baxaq görək necə olacaq, bu andan etibarən bizim səhv etməyə və ya nasazlığa hüququmuz yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*