M.Mosli dünyasını dəyişib

FIA-nın sabiq prezident Maks Mosli 81 yaşında dünyasını dəyişib.

F-1.az bildirir ki, Maksın ölüm səbəbi hələ məlum deyil. O, Britaniya Faşistlər Birliyinin sabiq rəhbəri Osvol Moslinin oğlu idi. Maks əvvəllər həvəskar yarışçı olsa da, sonradan Formula1 komandalarından Marc Engineering-in ortağı olmuşdu. 1993-cü ildə FİA-nın prezidenti olan Maks, Berni Ekllstounla birgə idmanın inkişafında böyük rol oynadı.

Mosli 1994-cü ildə Sennanın ölümündən sonra avtoidmandakı təhlükəsizlik tədbirlərinin artırılmasında böyük rol oynamışdı. Bundan başqa, yol maşınlarında da Euro NCAP proqramını başlatmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*