Ferrari iki suala cavab axtaracaq

Ferrari komandası Çin yarışında iki əsas suala cavab tapmağa çalışacaq.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümə əsas favorit kimi başlasalar da, ilk iki yarışda qələbəsiz qalıblar. Bəhreyndə sürətli görünən İtaliya təmsilçisi qələbəni injektor probleminə görə əldən verib.

Mattia Binotto: “Mövsümün üçüncü yarışı Çindədir və bu tras əvvəlki iki trasdan quruluşuna görə fərqlənir. Burada uzun düzlüklər və bolidin ön tərəfinə güc salan döngələr var. Biz burada gözəl performans göstərərək, bu cür traslarda güclü olduğumuzu sübut etmək istəyirik. Eyni zamanda etibarsızlıq problemimizi həll etdiyimizdən əmin olmalıyıq. Həmişəki kimi yaxşı iş görüb rəqiblərimizi üstələmək istəyirik. Formula1 tarixindəki 1000-ci yarışa çıxırıq və buna görə güclü olmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*