S.Fettel: “Çox məyus oldum”

Finişdən sonra Sebastyan Fettel yarışın sonuncu dövrəsində buraxdığı səhvə görə təəssüflənib – bu səhv üzündən qələbəni əldən verib… Sebastyan Fettel: […]

Finişdən sonra Sebastyan Fettel yarışın sonuncu dövrəsində buraxdığı səhvə görə təəssüflənib – bu səhv üzündən qələbəni əldən verib…

Sebastyan Fettel: “Mən çox məyus oldum. yarış startda finişə qədər çox çətin oldu, mən hər dövrədə liderlik edirdim, yalnız sonuncu dövrədən başqa. Bəlkə də mən Təhlükəsizlik Maşını trasdan gedərkən konservativ hərəkət edirdim. Qələbəyə bir addım qalmış onu əldən vermək heç də yaxşı hiss deyil, amma mən əlimdən gələni etdim.

Bu gün finişə çatmaq çox vacib idi, mən bütün yarış boyu cəmi bircə səhvə yol verdim və səhv üzündən qələbəni əldən verdim. Mən görürdüm ki, Censon çox yaxındadır, amma döngədə əyləcə gec basdım…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*