B.Ekklstoun: “Şumaherin uğursuzluqdan səbri tükənə bilər”

Formula1-in kommersiya başçısı Berni Ekklstoun 41 yaşlı Mixael Şumaherin bu il titul qazanamsına ümid etmir. Berninin fikrincə, əgər Şumaher uğursuzluq […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun 41 yaşlı Mixael Şumaherin bu il titul qazanamsına ümid etmir. Berninin fikrincə, əgər Şumaher uğursuzluq zolağına düşərsə, onun səbri tükənə bilər…

Berni Ekklstoun: “Bu il bir çox sürücülərin uğur qazanmaq şansı var. Lyuis Həmilton, Fernando Alonso və məncə, Sebastyan Fettel pis görünmürlər. Məhz Fetteli mən titula əsas namizəd hesab edirəm. Amma biz hər bir sürücünün sərəncamında olacaq maşının nə dərəcədə sürətli alınmasını bilmirik, o cümlədən Mixael Şumaherin də. Amma biz hamımız bilirik ki, vəziyyət onun xeyrinə olmayanda o özünü necə aparır: əgər o peletonun ortasında ilişib qalarsa, səbri tükənə bilər…

Amma əgər Mixaelin işləri yaxşı gedərsə, bu həm tamaşaçılar üçün, həm də idman üçün yaxşı olacaq. Yalnız siyasətlə çətinliklər olacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*