F.Briatore: “Ferrari 8 ildir zəifdir”

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Ferrari-nin rəqibi Mercedes-dən zəif olması yeni hadisə deyil.

F-1.az xatırladır ki, “qırmızılar” qış testlərində güclü görünsələr də, bu performanslarını mövsümün ilk 3 yarışında əks etdirə bilməyiblər. Əvəzində isə Mercedes ilk 3 yarışda qələbə dublu edərək, 130 xal toplayıb.

Flavio Briatore: “Ferrari-nin problemi nədir? Bu, ilk dəfə baş vermir. Maşınları 8 ildir ki, geri qalır. Binotto rəhbər kimi işinə tam fokuslana bilmir və maşını texniki cəhətdən də məhv etdi.

Keçən ilə nisbətən heç nə dəyişməyib. Mercedes ilə fərqi qapada bilməyiblər. Bəhanələr isə elə ilk yarışlardan başladı. Mercedes-in üstünlüyü davam edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*