Y.Ferstappen: “Yarışmaq üçün buradayıq”

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, oğlunun sürüş tərzinə edilən tənqidləri qəbul etmir və oğlunun yarışmaq üçün idmanda olduğunu əlavə edib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü aqressiv hücumları və müdafiələrinə görə sərt tənqidlərə tuş gəlmişdi. Sürücülərin çoxu Ferstappenin əylənmə zamanı trayektoriya dəyişdirdiyindən şikayət etmişdi və buna görə də FİA bu barədə yeni qərar vermişdi.

Yos Ferstappen
: “Başqası üçün burada deyilik. Özümüz və Red Bull üçün yarışıb mümkün olan ən yaxşı nəticəni almaq istəyirik. Nə olursa-olsun, insanlar nə düşünürlərsə-düşünsünlər, yarışmaq üçün buradayıq. Braziliyada da Sebastyanla eyni şey oldu. Mən düşünürəm ki, bu gözəl ötmə idi. Dördüncü döngədə Fetteli keçmək istəsə də, alınmadı. Sebastyan onu trasdan çıxardı və Maks da ona eynisini etdi. İnsanlar bunu görmək istəyirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*