Şarl Lekler: “Ümumilikdə biz kifayət qədər rəqabətqabiliyyətli görünürdük və bu sevindiricidir. Amma qarşıda hələ bütün həftəsonu var, ona görə də üstünlüyü saxlamaq üçün işə davam etməliyik.
Sıralanma turunda mübarizə inanılmaz dərəcədə sıx olacaq. Düşünmürəm ki, rəqiblərimiz üzərindəki üstünlüyümüz bugünkü kimi qalacaq, ona görə də sessiyanı səhvsiz keçirməliyik.
Əgər maşın sabah da bu gün olduğu kimi davranarsa, onda yaxşı nəticə əldə edə bilərik”.





