S.Fettel Avstraliya uik-endinə köhnə motorla başlayacaq

Almaniyada dərc olunan Auto Bild qəzetinin yaydığı məlumata görə, Avstraliya uik-endini Sebastyan Fettel Bəhreyndə istifadə etdiyi motorla başlayacaq. Xatırladaq ki, […]

Almaniyada dərc olunan Auto Bild qəzetinin yaydığı məlumata görə, Avstraliya uik-endini Sebastyan Fettel Bəhreyndə istifadə etdiyi motorla başlayacaq.

Xatırladaq ki, mövsümün ilk Qran Prisinin 34-cü dövrəsində alman sürücünün RB6-sında problemlər peyda olub: Renault motoru gücünü itirməyə başlayıb. Finişdən sonra məlum olub ki, problemə səbəb Yaponiyanın NGK firmasının istehsal etdiyi yandırma şamlarından biri olub. Baxmayaraq ki, motrun səkkiz silindirindən yalnız yeddisi işləyirdi, Fettel finiş xəttini dördüncü keçə bilib. Bu texniki nasazlıq Sebastyana və Red Bull komandasına baha başa gəlib: 100%-lik qələbə əldən gedib.

Yarışdan sonra motorun vəziyyətini araşdırdıqdan sonra komanda Renault mütəxəssisləri ilə qərara alıb ki, motordan Avstraliya Qran Prisinin cümə sərbəst yürüşlərində tam istifadə etmək olar, çünki motorun özü heç bir zədə almayıb.

Müasir Formula1-in qaydalarına görə, hər bir sürücü mövsüm ərzində 8 motordan istifadə edə bilər. Əgər müəyyən səbəblər üzündən 8 motor kifayət etməsə, 9-cu motorun istifadəsi növbət Qran Prinin startında 10 yer itirməklə cərimə olunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*