H.Marko: Ən sürətli üç komanda bəllidir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ferrari də artıq çempionluq uğrunda mübarizə aparır.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümöncəsi qış testlərində yaxşı nəticə göstəriblər.

Helmut Marko: “Testlərin ilk günlərində hansı komandanın daha güclü olduğu barədə fikrimiz oldu, amma onların yanacaq yükü barədə heç nə bilmirik. Bir neçə kilo yanacaq dövrəvi nəticələrə ciddi mənada təsir edir. Buna görə proqnoz vermək çətindir.

Ferrari-nin inkişafı təəccüblüdür. Hazırda üçlükdə olan komandalar Red Bull, Ferrari və Mercedes-dir. McLaren isə 4-cü yerdədir. Komandalar arasındakı fərqlər azalıb. Çempionu xırda detallar təyin edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*