R.Şvartsman Ferrari-nin test sürücüsü olacaq

Rusiyalı sürücü Robert Şvartsman növbəti mövsümdən Ferrari-nin test sürücüsü olacaq.

F-1.az xatırladır ki, Ferrari daha əvvəl ehtiyat sürücülərinin Antonio Covinatsi ilə Mik Şumaxer olacağını bildirmişdi. Komandanın test sürücüsü isə Robert Şvartsman olacaq. Rusiyalı sürücü növbəti mövsümdə ehtiyac olduğu halda müxtəlif testlərdə qırmızı maşının sükanı arxasına keçəcək. Robert bundan başqa Maranellodakı simulyatorda da aktiv işləyəcək. Komandanın developer sürücüləri isə Antonio Fuoko ilə Davide Riqon olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*