21 Noyabr 2019, Cümə axşamı - 13:17

K.Rəykkönen: “Ən sürətli dövrəmi vura bilmədim”

K.Rəykkönen: “Ən sürətli dövrəmi vura bilmədim”

Müəllif: Rauf Hacıyev, redaktor

08:04 - 08 İyul, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Avstriyada cümə sərbəst yürüşlərində normal bir dövrə vurmaq mümkünsüz olub.

F-1.az xatırladır ki, peletonun ən yaşlı sürücüsü günü lider Həmiltondan 0.6 saniyə geri qalaraq, 6-cı yerdə bağlayıb.

Kimi Rəykkönen: “Bakıya nisbətən harada olduğumuzu bilmirəm. Ən sürətli dövrəmi vura bilmədim. Bunu etmək mümkünsüz idi və sabaha qədər çox iş görməliyik. Hazırlaşmalıyıq. Bu gün sadəcə cümədir və hər şey qaydasındadır. Normal gün idi. Fərqli sazlanmaları yoxladıq və bunların işləyib-işləmədiyinə baxdıq. Problemsiz gün olmasa da, səbəblərini bilirik və bunları həll etmək üçün çalışırıq. Ən yaxşı cümə günü olmasa da, ən pisi də deyildi. Təkərlərdə problem yaşamırıq. Sabah görməli işlərimiz var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 472
Teqlər , ,
Paylaş

logo