Red Bull-un komanda körpüsü tam heyətlə

Komanda körpüsündə qəbul olunan qərarlar yarışın və həftəsonunun digər sessiyalarında çox halda həlledici rol oynayırlar. F-1.az Red Bull komandasının mətbuat xidmətinin yaydığı relizə istinadən, komandanın pit divarında yerlərin bölünməsini açıqlayıb...

1. Conatan Uitli: Komandanın meneceridir. Onun məsuliyyəti tras və baza arasında bölünüb. O, personalın hazırlığına və idarə olunmasına cavabdehdir.
2. Ədrian Nyui: Texniki departamentin rəhbəridir. Formula 1-in ən uğurlu aerodinamika üzrə mütəxəssislərindən biridir. Onun müxtəlif komandalarda hazırladığı maşınlar 10-dan çox Mühəndislər Kuboku qazanıblar.
3. Kristian Horner: Komandanın başçısı, 2005-ci ildən bu vəzifədə çalışır. Onun rəhbərliyi altında komanda 4 dəfə ardıcıl çempion titulu qazanıb.
4. Giyom Rokelen: Sebastyan Fettelin keçmiş mühəndisinin vəzifəsi artırılaraq baş yarış mühəndisi təyin edilib. İndi o, hər iki bolidin işinə cavabdehdir.
5. Uill Korni: Komandanın baş strateqidir. Yarışın planını hazırlayır, təkərlərin vəziyyətini və yağışı nəzarətdə saxlayır ki, lazım olduğu anda strategiyaya dəyişiklik etsin.
6. Janpyero Lambyaze: Daniil Kvyatın yarış mühəndisidir.
7. Saymon Renni: Daniel Rikkardonun yarış mühəndisidir.

Əfqan Hacı
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*