K.Rəykkönen və D.Rikkardo cərimə olunublar

Sıralanma turunda baş verən insidentləri araşdıran stüardlar Kimi Rəykköneni və Daniel Rikkardonu sabahkı yarışın startında 2 yer itirməklə cəzalandırıblar. Sıralanma […]

Sıralanma turunda baş verən insidentləri araşdıran stüardlar Kimi Rəykköneni və Daniel Rikkardonu sabahkı yarışın startında 2 yer itirməklə cəzalandırıblar.

Sıralanma turunun ikinci sessiyasında restart zamanı 5 sürücü durduğu yerdən start almayaraq, kənar yolla rəqiblərini qabaqlayıb. Kimi və Daniel cərimə olunsalar da, eyni addımı atmış Serxio Peres, Pastor Maldonado və Jan Erik Vern cərimə olunmayıblar.

Cərimələr ardıcıl tətbiq olunduğu üçün faktiki olaraq hər bir sürücü cəmi 1 yer itirəcək və sabah yarışa 10-cu və 11-ci yerlərdən başlayacaqlar, Niko Hülkenberq isə 2 yer qazanıb…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*