Sauber-in mexanikləri də insidentə düşüblər

Sauber komandasının nümayəndələri bu gün bildiriblər ki, dünən axşam komandanın mexanikləri Bəhreyndə mitinqçilərin iştirakı ilə insdientə düşüblər… Komandanın bəyanatında deyilir: […]

Sauber komandasının nümayəndələri bu gün bildiriblər ki, dünən axşam komandanın mexanikləri Bəhreyndə mitinqçilərin iştirakı ilə insdientə düşüblər…

Komandanın bəyanatında deyilir: “Dünən, saat 20:30-da Sauber komandasının mikroavtobusu trası tərk edərək Manamadakı Novotel mehmanxanasına yol alıb. İyirmi dəqiqədən sonra maşında olan 12 mexanik şossenin orta zolağında alov görüb. Tıxac əmələ gəlib, hadisə yerinə polis maşınları gəliblər. Komandanın üzvləri maska geyinmiş insanların qaçmasını görüblər, onların əllərində əldəqayırma qumbaraalr olub. Komandanın maşını sağ zolağa keçərək hadisə yerini keçib, mexaniklərdən heç biri zədə almayıb.”

Xatırladaq ki, bir qədər əvvəl Force İndia komandasının mexanikləri də oxşar insidentlə üzləşmişdilər və komandanın iki əməkdaşı Britaniyaya qayıtmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*