14 Oktyabr 2019, Bazar ertəsi - 03:51

Ekklstoun daha yaxşı təkərlər üçün Pirelli ilə danışıqlar aparacaq

Ekklstoun daha yaxşı təkərlər üçün Pirelli ilə danışıqlar aparacaq

Müəllif: Rauf Hacıyev, redaktor

17:08 - 28 Yanvar, 2016

Ekklstoun sürücülərin daha yaxşı təkər tələblərinə cavab verib, eyni zamanda komandalardan xahiş edib ki, komandalar Pirelli-yə kömək etsin…

F-1.az xatırladır ki, Pirelli Formula1-ə 2011-ci ildə qayıdıb. İtaliyalı təkər istehsalçısı idmana tez yeyilən, beləliklə də yarışa strategiya cəhətdən həyəcan gətirən təkərlər gətirib.

Amma Ekklstoun fikirləşir ki, sürücülər daha gec yeyilən təkərlər istəyir. Formula1-in başçısı bildirib ki, o gələn həftə Milanda Pirelli ilə bu barədə danışıqlar aparacaq.

Ekklstoun əlavə edib ki, komandalar Pirelli-nin inkişaf etməsinə kömək etməlidirlər: “Pirelli Formula1 komandaları üçün təkərlər istehsal edir. Ona görə də sürücülər mükəmməl təkərlər üçün Pirelli-yə kömək etməlidirlər”.

Ekklstoun son illərdə keçirilən təkər testləri haqqında da fikir bildirib: “Bizə limitləri aşan və sonra bizə məlumat verə bilən sürücülər lazımdır. Pirelli də mənimlə razıdır. Onlar da bunu istəyir. Ən yaxşı komandalar ən yaxşı sürücüləri ilə testlərdə iştirak etməlidirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 469
Teqlər , ,
Paylaş

logo