20 Noyabr 2019, Çərşənbə - 17:54

M.Zurer tribunalın cəzası barədə…

M.Zurer tribunalın cəzası barədə…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:09 - 19 İyun, 2013

Bir neçə gündən sonra Parisdə FİA-nın Beynəlxalq tribunalının iclası baş tutacaq: federasiyanın başçısı Jan Todtun təşəbbüsü ilə yaradılan bu müstəqil […]

Bir neçə gündən sonra Parisdə FİA-nın Beynəlxalq tribunalının iclası baş tutacaq: federasiyanın başçısı Jan Todtun təşəbbüsü ilə yaradılan bu müstəqil məhkəmə orqanı birinci dəfə toplaşacaq.

Tribunal çox mürəkkəb bir qalamaqal barədə yekun qərar qəbul etməlidir: İspaniya Qran Prisindən sonra Barselonada qalan Mercedes AMG komandası Pirelli ilə birlikdə gizli testlər keçirib. Formal olaraq bu testlər çempionatın İdman reqlamentinə ziddir, buna heç kim şübhə etmir. Amma Mercedes AMG komandası əmin edir ki, hər şey FİA-nın rəhbərliyinin icazəsi ilə olub. Şayiələr gəzir ki, 1000 km məsafə qət edilən testlərə icazəni FİA-nın yarış direktoru Çarli Uaytinq verib.

Hadisələrin necə cərəyan etməsi barədə Almaniyanın Sky Sport telekanalının şərhçisi, keçmiş Formula1 sürücü Mark Zurer şərh verib…

Mark Zurer: “Məncə, bu, prinsipial nöqtədir: FİA özünü necə aparacaq? Əgər onlar özləri səhvə yol veriblərsə, komandanı necə cəzalandırmaq olar? Düşünürəm ki, Ross Braun qaydaları pozmağa beləa sanlıqla gedə bilməzdi – bunun üçün onun əlində ciddi əsas olmalıdır. Çox güman ki, yaxın günlərdə hər şey bəlli olacaq.

Əgər Mercedes AMG komandasına sadəcə pul cəriməsi verilsə, onda, bu o deməkdir ki, Red Bull komandası da milyonluq cəriməni ödəməklə 1000 km-lik testlər keçirə bilər. Baha olsa da, deməli, mümkündür. Deməli, komandanın cəzası idman xarakteri daşımalıdır. Məsələn, komanda Mühəndislər Kubokunda xallarından mərhum edilə bilər. Ədalətli qərar olacaq, çünki mövsümün sonunda komandanın yerinə görə maliyyə itkiləri də olacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 399
Teqlər , , , , , , , , ,
Paylaş

logo