F.Massa bir il də Formula1-də qalmaq istəyir

Williams komandasının sürücüsü bildirib ki, hazırda ən yaxşı dövrünü yaşayır və Formula1-də qalmaq istəyir.

F-1.az xatırladır ki, Massa keçən il təqaüdə çıxsa da, Bottasın Mercedes-ə gözlənilməz keçidi ilə yenidən Formula1-ə qayıtmışdı. Amma braziliyalı sürücünün komanfası ilə müqaviıəsi ilin sonunda bitir.

Felipe Massa: “Heç olmadığım qədər güclüyəm. Fiziki vəziyyətim və sürətim yaxşı vəziyyətdədir. Formula1 rəqabətədavamlılığı sevir və mən də eləyəm. Həm bu il, həm keçən il bunu göstərdim. Gələn il Formula1-də qalmağım mənim əlimdə deyil. Buna görə bir söz demək çətindir. Amma bu layihədə böyük potensial görürəm və qalmaq istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*