Red Bull-un halo sistemi üzə çıxıb

Belə görünür ki, Red Bull komandasının dizayn etdiyi yeni halo sistemi digər komandaların dəstəyini alıb...

F-1.az xatırladır ki, Ferrari komandası mövsümöncəsi testlərdə Mercedes AMG komandasının dizayn etdiyi halo sistemini test edib. Bu sistem bəzi komandaların dəstəyini alsa da, bəzilərinin sərt tənqidlərinə tuş gəlib.

Red Bull komandası isə alternativ halo sistemi dizayn edib.

Corcio Piolanın çəkdiyi şəklə əsasən Red Bull komandasının sistemində 2 dəstək nöqtəsi var. Ön tərəf isə şüşələrlə əhatələnib.

Red Bull komandasının başçısı Kristian Horner bu barədə açıqlama verib: “Bu, ön şüşəni xatırladır. Daha gözəldir və ümid edirəm ki, daha yaxşı görünür. Biz FİA-nın bu mövzu barədə nə düşündüyünü görəcəyik”.

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams da Red Bull-un yeni halo sistemini bəyənib: “Bu çox gözəldir, amma yağışlı havalarda problem yarada bilər. Bu sistemin üzərində hələ də işləyirlər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*