R.Barrikello: “Biz başqalarına nisbətən işimizin öhdəsindən

İspaniyanın Marca qəzetinə müsahibəsində Rubens Barrikello yeni Brawn GP maşının texniki reqlamentə uyğun olmadığına görə sürətli olması barədə gəzən şayiələri […]

İspaniyanın Marca qəzetinə müsahibəsində Rubens Barrikello yeni Brawn GP maşının texniki reqlamentə uyğun olmadığına görə sürətli olması barədə gəzən şayiələri təkzib edib…

Rubens Barrikello: “Mən zəif komandalarda çıxış etmişəm və həmişə belə şayiələr eşirdim ki, liderlərin maşını reqlamentə uyğun deyil. İndi bunları bizim haqqımızda deyirlər, amma biz heç bir qaydanı pozmamışıq, sadəcə olaraq biz öz işimizin öhdəsindən daha yaxşı gəlmişik.

Məncə, Avstraliyada Brawn GP ilk üçlüklə mübarizə apara biləcək – Ferrari, Toyota, BMW və Fernando AlonsoŞ ondan həmişə sürpriz gözləmək olar. Melburnda hamı başa düşəcək ki, bizim sürətimiz yalan deyil.

Bizim uğurumuzun əsas səbəbi Mercedes motorlarıdır, bütün diapazonlarda çox güclüdür, asan idarəolunandır, amma əsas məsələ həmişə olduğu kimi bir neçə faktorun cəmindədir. Biz kiçik, lakin effektiv komandayıq. Mən Ferrari-dən ona görə getdim ki, yeni komanda axtarırdım – harda ki mənə həmin şəraiti yaradacaqlar, amma mən daha azad olacam və Mixaelə işləməyə zərurət olmayacaq, indi isə mənim həqiqətən güclü maşınım var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*