D.Riçards ərəb sposnsorları ilə danışıqlar aparır

Aprelin sonunda Dəvid Riçards komandasının gələn ildən Formula1-də çıxış edəcəyini söyləmişdi. Bu həftə Prodrive komandasının başçısı BƏƏ-dən olan potensial sərmayədarlarla […]

Aprelin sonunda Dəvid Riçards komandasının gələn ildən Formula1-də çıxış edəcəyini söyləmişdi. Bu həftə Prodrive komandasının başçısı BƏƏ-dən olan potensial sərmayədarlarla danışıqlar aparıb və yerli National qəzeti hadisələrin hadisələrin maraqlı inkişaf senarisindən yazıb – istisna deyil ki, yeni komanda Prodrive və Aston Martin adlanmayaacq, komanda hansısa ərəb adını daşıyacaq…

Dəvid Riçards: “Mən həqiqətən belə bir variantı mümkün sayıram, biz İran körfəzi sahillərində sponsorlar axatrırıq, məhz onlar hələlik Formula1-də təmsil olunmayıblar. Biz bilirik ki, sərmayədarlar vəsaitin qayıtmasına təminat istəyirlər, ona görə də sərmayənin mümkün strategiyasını müzakirə edirik. Yaxın Şərqdə artıq Bəhreyn Qran Prisi keçirilir, Abu Dabidə yeni trasın tikintisi başa çatmaqdadır, burada Formula1-ə maraq artmaqdadır və mən bir neçə təklif almışam.

Biz böyük bir zavodun tikintisini planlaşdırırıq, bu zavod Formula1 maşınları üçün müəyyən elementlər buraxa bilər, bundan sonra daha böyük istehsala girişmək olar. Hazırda FİA komandaların ərizələrini öyrənir, ümid edirəm ki, federasiyanı bizim arqumentlər qane edəcək – Prodrive-ın avtoidmanda yaxşı tarixi vardır.

Formula1-ə Cosworth şirkəti qayıdır, hamı əfsanəvi V8 motorlarını xatırlayır, bu motorlar onilliklərlə çempionatda dominantlıq ediblər. Məncə, bu variant bizim üçün çox maraqlı ola bilər, sürücülərə gəlincə isə, bu barədə danışmaq hələ tezdir, onlar strukturun son hissəsidir.

Batton? Mən Censonu hələ kartinqdə çıxışlarından tanıyıram, elə o zaman onun gələcəkdə çempion olmasını söyləmişdim. Mən onun qələbələrinə şadam, ümid eidrəm ki, bu il o titulu qazanacaq. Battonu Renault-dan qovanda mən onu BAR-a dəvət etmişdim – Censona yalnız sürətli maşın lazımdır, o uğur qazanacaq – bu il bir çoxları buna əmin olublar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*