R.Qrojan: “Bu il güclü olacağıq”

Haas komandasının sürücüsü Roman Qrojan düşünür ki, 2020-ci ilə yaxşı hazırlaşırlar.

 

F-1.az xatırladır ki, Haas komandası keçən il mövsümə yaxşı başlasa da, daha sonra şassidəki problemə görə geridə qalmış və mövsümü 9-cu yerdə bitirmişdi.

Romaq Qrojan: “Hələ yeni bolidi görməmişəm. Amma rənglənmiş halını xəyal edirəm. Bu yaxınlarda oturacaq sazlanmasına görə bazaya gedəcəm və şassini görəcəm. Daha sonra İngiltərədəki bazada işləyəcəm. Bolidin çertyojuna baxacam. Barselonadakı ilk testlərə hazır olmalıyıq. Hər il olduğu kimi əlimizdən gələnin ən yaxşısını edirik. Mövsümün əvvəli üçün pozitiv düşünürəm. Keçən il bolidi sürmək çətin idi. Bundan başqa mühəndisim dəyişmişdi və onunla işləməyi öyrənməli idim.

Məqsədim səhvlərdən qaçmaq və potensialımı göstərməkdir. Keçən il bolidin Silverstoundakı pit yolunda yerində fırlanmasından başqa səhvim olmadı. Düzdür, bəzi səhvlər oldu, ancaq xal zonasında olarkən əlimdən gələni edirdim. Sıralanma turunda da istədiyim kimi işləyə bilmirdim. Çünki bolidi bəyənmirdim. Builki hədəfimiz dördüncü yeri tutmaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*