R.Şumaxer: Günterin Miklə şəxsi problemi var

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer düşünür ki, Günter Ştaynerin Mik Şumaxerlə şəxsi problemi var.

F-1.az xatırladır ki, almaniyalı sürücü Haas ilə ikinci mövsümünü keçirsə də, xüsusən də yarış tempində komanda yoldaşı Maqnussenə aşkar formada uduzur. Bundan başqa onun etdiyi qəzalardan bezən Cin Haas və Günter Ştayner Miki açıq-aydın tənqid ediblər. Bəzi dedi-qodulara görə Amerika komandası artıq gənc sürücü ilə yollarını ayırıb və əvəzinə Hülkenberqlı müqavilə bağlayıb. Rəsmi açıqlama isə bu günlərdə gəlməlidir.

Ralf Şumaxer: “Haas inanmıram ki, Mikin lehinə qərar versin. Yoxsa bunu çoxdan edərdilər. Günter Ştaynerin ona qarşı münasibəti yaxşı deyil. Məncə, Mik potensialını göstərib. Lakin bütün hallarda Ştayner ondan narazı qaldı. Deyəsən şəxsi problemləri var.

Ştayner diqqət mərkəzində olmağı sevən adamdır. Ona görə başqasının ön planda olmasını sevmir. Belə iş olmaz. İşçinizə motivasiya verməlisiniz. Mik davamlı təzyqi altında sürür. Belə olanda da yaxşı performans göstərmək mümkünsüzdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*