M.Şumaxer: Bu il mənim ilim deyil

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, bu il onun ili deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 12-ci yerdən başlayıb və startda Maqnussenlə Rikkardonun insidentindən sonra 10-cu yerə yüksəlib. Buna baxmayaraq, o yerini qoruya bilməyib. Bu bəs deyilmiş kimi yarışın sonlarında Qasli ilə 11-ci yer uğrunda mabarizə apararkən saydpodunu zədələyib və 13-cü pilləyə geriləyib.

Əfsanəvi Mixael Şumaxerin oğlu yay tətilindən sonra xal ala bilməyən yeganə pilotdur.

Mik Şumaxer: “Bu il mənim ilim deyildi. Bir yarış qaldı və əlimizdən gələni edəcəyik. Bütün mövsüm belə keçdi. Heç nə əldə edə bilmədik. Heç bir şey bizdən asılı deyildi.

Alphatauri-ni arxamda tutmaq istəsəm də, saydpodumu zədələdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*