Q.Çjou: Fürsətləri dəyərləndirməliyəm

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, bu il fürsətləri dəyərləndirmək istəyir.

F-1.az xatırladır ki, çinli sürücü keçən il Formula1-də iştirak etmişdi və qənatəbəxş nəticələr göstərmişdi.

Quanyu Çjou: “Özümü yaxşı tərəfdən göstərmək və çempionat ərzində önümə çıxan fürsətləri dəyərləndirmək istəyirəm. Hədəfimiz komandaya daha çox xal qazandırmaqdır. Düşünürəm ki, bunu bacaracağıq.

Əlimdən gələni edib, çempionatda fərq yaradacaq nəticələr qazanmalıyam. Daha sonra gələcək barədə danışa bilərik. Görək nə edirik. Burada uzun illər yarışmaq istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*