Rəsmən: Alfa Romeo Sauber-lə ayrılır

Alfa Romeo şirkəti bildirib ki, 2023-cü ilin sonunda Sauber Motorsport-la olan tərəfdaşlıqları sona çatacaq.

F-1-az xatırladır ki, Alfa Romeo 2018-ci ildə Sauber Motorsport-la anlaşaraq, idmana gəlmişdi. Bundan sonra italyanlar hər 1+1 opsiyonlu müqavilələr bağlayırdılar. Hazırkı müqavilə ilin sonunda bitəcək və Alfa Romeo mövsümün sonunda Sauber-lə yollarını ayıracaq.

Bu qərar gözlənilən idi, çünki Sauber 2025-ci ilin sonunda Audi ilə tərəfdaşlığa başlayacaq və komandanın adı dəyişməlidir.

Alfa Romeo bu barədə belə açıqlama yayımlayıb: “Alfa Romeo 2023-cü ilin sonunda Sauber-lə yollarını ayıracağını təsdiqləyir. Alfa Romeo digər alternativləri dəyərləndirəcək və brendin uzunmüddətli strategiyası üçün ən uyğun variantı tapacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*