T.Purşer: Həyatımın ən gözəl bir saatı idi

Amerikada ilk dəfə Formula1 sessiyasına qatılan Teo Purşer bu təcrübədən həzz alıb.

F-1.az xatırladır ki, fransalı sürücü Alfa Romeo-da Bottası əvəzləyərək, Aamerikada birinci sərbəst yürüşlərə çıxıb. O qatıldığı ilk sesiyada 18-ci olub.

Teo Purşer: “Çox gözəl idi və həyatımın ən gözəl bir saatı oldu. Tras inanılmazdır və bolidi öyrənməyə çalışmaq da çox gözəldir. Mümkün qədər çox şey öyrənməyə çalışdım.

Hazırda emosiyalarım bir-birinə qarışıb. Çox xoşbəxtəm. Sessiya başlayanda qırmızı bayraq çıxdı. Vaxtımız az olsa da, vəziyyət tez düzəldi.

Düzdür, bolidin limitlərini anlayana qədər səhvlər etdim, çünki Formula2-dən gəlmişəm və arada böyük fərq var. Bu, gələcək üçün yaxşı təcrübədir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*