A.Covinatsi seriyasını davam etdirmək istəyir

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi uğurlu çıxışını Rusiyada da davam etdirmək istəyir.

F-1.az xatırladır ki, italiyalı sürücü son iki sıralanma turunda son sessiyaya qalsa da, bu performansını yarışa daşıya bilməyib və xalsız qalıb.

Antonio Covinatsi: “Bu həftəsonu da son yarışlarda olduğu kimi yaxşı nəticələr qazana bilərik. Yenidən sükan arxasına keçəcəyim üçün həyəcanlanıram. Həm Zandfort, həm də Montsa bizim tempimizi göstərdi. Heyif ki, hər iki halda da xalsız qaldıq. Lakin bu yönümüzü təkmilləşdirib Rusiyadan xallar qazana bilərik. İki yarışda da əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*