P.Verlyayn: “Formula1-də qalmaq ehtimalım yüksəkdir”

Sauber komandasının sürücüsü Paskal Verlyayn bildirib ki, gələn il Formula1-də qalmaq ehtimalı çox yüksəkdir.

F-1.az xatırladır ki, isveçrəlilər Ferrari ilə müqavilə bağladıqdan sonra Verlyaynın komandada qalması çətinləşib. İtalyanlar Sauber komandasında Lekler və Covinatsini yarışdırmaq istəyirlər.

Paskal Verlyayn: “Gələn il nə olacaq bilmirəm, amma burada yarışmağa şansım olacaq. Bir neçə həftə ərzində qərar veriləcək. Formula1-də yarışacağıma əminəm, çünki özümü inkişaf etdirirəm. Növbəti yarışlara fokuslanıram. Mercedes və Toto Volff gələcəyimə qərar verəcəklər. Bu barədə məlumatım yoxdur. Danışıqlar Mercedes və Sauber arasında gedir. Amma bu hadisələr performansıma təsir etməyəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*