15 Oktyabr 2019, Çərşənbə axşamı - 01:19

Ş.Lekler: “Risk etməli idim”

Ş.Lekler: “Risk etməli idim”

Müəllif: Rauf Hacıyev, redaktor

12:05 - 27 May, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Monako yarışında riskə getməyə məcbur olub.

F-1.az xatırladır ki, monakolu sürücü öz publikasının önündəki yarışa komandasının səhvi ucbatından 15-ci yerdən başlamalı olmuşdu. 21 yaşlı sürücü yarışda Niko Hulkenberqlə təmas yaşayaraq, son pilləyə düşmüş və daha sonra mübarizəni dayandırmalı olmuşdu.

Şarl Lekler: “Risk etməli idim. Normal tempdə sürmək mümkünsüz idi. Zədə böyük idi. Ön qanadı dəyişərək asfaltayatma qüvvəsini kompensə etməyə çalışdıq, ancaq bəs eləmədi. İstədiyimiz yerdə başlamadıq və istədiyimiz kimi də bitmədi. Bunu qəbul eləməliyəm. Artıq bunu dəyişmək mümkünsüzdür. Lakin bu hal ev trasımda baş verdiyi üçün utanıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 105
Teqlər , , ,
Paylaş

logo