Andreas Zaydl Sauber Qrupuna rəhbərlik edəcək

Frederik Vassyörün Ferrariyə keçidindən sonra Sauber Group Andreas Zaydlla müqavilə imzaladığını açıqladı.

F-1.az xəbər verir ki, gələn ilin yanvar ayından alman mütəxəssis Sauber şirkətlər qrupuna başçılıq edəcək və komandaya yeni başçı axtaracaq.

Andreas Zaydl: “Gələn il yanvar ayından Sauber Qrupuna qoşulmaqdan məmnunam. Bu, Formula1-də zəngin tarixə malik komanda və yaxşı tanıdığım şirkətdir, çünki mən dörd il Hinvildə yaşayıb işləmişəm.

Mən komandaya qoşulmağı və iddialı məqsədlərə doğru Sauber Qrupundan olan həmkarlarımla işləməyi səbirsizliklə gözləyirəm. Bu seçimə görə Finn Rauzinqə və Sauber Qrupunun bütün əməkdaşlarına təşəkkür etmək istəyirəm, mənə göstərilən etimadı doğrultmağa çalışacağam.

Finn Rauzinq, Sauber Holdinq AG Direktorlar Şurasının sədri: “Andreas Zaydlı Sauber Group-un icraçı direktoru vəzifəsində Hinvildə salamlamaqdan məmnunluq duyuram. Andreas çoxlu təcrübəyə malikdir və Sauber Qrupuna davamlı uğur əldə etmək üçün nə lazım olduğunu aydın şəkildə başa düşür. O yüksələn trayektoriyada olan şirkətə , başçılıq edəcək və bu yüksəlişi davam etdirmək istəyimizi dəstəkləyir. Mən uzun illər birgə uğur gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*