P.de la Rosa Pirelli-nin son testlərini keçirəcək

McLaren komandasının test sürücüsü Pedro de la Rosa gələn uik-end İstanbulda şəxsi testlərdə Pirelli təkərlərini yoxlayacaq. Şirkət Türkiyə Qran Prisi […]

McLaren komandasının test sürücüsü Pedro de la Rosa gələn uik-end İstanbulda şəxsi testlərdə Pirelli təkərlərini yoxlayacaq. Şirkət Türkiyə Qran Prisi üçün bərk tərkibin yeni versiyasını hazırlayır və gələn mövsüm üçün bəzi yenilikləri yoxlayacaq…

Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Mən təkərlərlə məşğul olan FOTA-nın işçi qrupuna təklif etdim ki, bu testləri Pedro de la Rosa ilə keçirək və onlar bizim təklifə imtina etmədilər.

Biz onu dəvət etməliydik – Pedro artıq Toyota şassisini yaxşı tanıyır, düzdür, bu şassi yeni reqlamentə uyğun deyil, amma asfalta yatma qüvvəsi kifayət qədərdir.

Birinci yarışın nəticələri göstərdi ki, komandalar keçən ilin nəticələrinə yaxınlaşıblar, reqlamentdəki ciddi dəyişiklikləri nəzərə alsaq, bu çox təəccüblüdür. Ona görə də bizə Pedro lazım idi – Pedro təkər faktorunu düzgün qiymətləndirə bilir.

Qarşıdakı testlərin başlıca məqsədi 2012-ci ildir, amma biz yeni tərkibi də yoxlayacayıq, Türkiyə trasının 8-ci və 9-cu döngələri təkəri çox yükləyir – təkərlər üçün bu ciddi çağırışdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*