Barselona, 11 mart

Ross Braunun yeni komandası hamını təəccübləndirməkdə davam edir – Barselona testlərinin üçüncü günü protokollara Censon Batton başçılıq edib. Britaniyalı sürücü […]

Ross Braunun yeni komandası hamını təəccübləndirməkdə davam edir – Barselona testlərinin üçüncü günü protokollara Censon Batton başçılıq edib. Britaniyalı sürücü nəniki ən yaxşı dövrəsində yaxın rəqibindən bir saniyə sürətli olub, həm də iki yarışlıq məsafə qət etməklə yeni maşının çox etibarlı olmasını sübut edib. Hazırda uğurlu nəticələr komanda üçün olduqca vacibdir, komandanın heç bir sponsoru yoxdur, amma bu nəticə ilə Batton keçənilki yarışa pouldan qatıla bilərdi.

Kimi Rəykköneni Ferrari-nin sükanı arxasında əvəz etmiş Felipe Massa ikinci olub. Səhər F60-da hidravlik problemlər əmələ gəlib, maşının təmiri iki saat çəkib, sabah Felipe işini davam etdirəcək. Robert Kubitsa isə BMW Sauber-in sükanı arxasında Nik Haydfeldi əvəz edib və üçüncü yeri tutub. Komanda bir neçə mexaniki və aerodinamik yenilikləri yoxlayıb, yarış prosedurları üzərində işləyib.

Timo Qlok dördüncü olub, alman sürücü 132 dövrə vurub, sabah o Toyota-nın qış testlərinə son qoyacaq. Fernando Alonso beşinci nəticə göstərib, Renault-nun mühəndisləri yeni elementləri yoxlayıblar və KERS-i sınaqdan keçiriblər. Sabah Fernando sükan arxasında işini davam etdirəcək, komanda isə gələn həftənin Xeres testlərinə hazırlaşacaq. Sebastyan Fettelin bugünkü proqramı iki hissədən ibarət olub – mövsümün ilk yarışı ərəfəsində sazlanmalarla işləmək və yeni komponentlərin effektliyini qiymətləndirməklə maşının ümumi inkişafına nail olmaq.

Niko Rosberqbu gün yeddinci olub və Cankarlo Fizikellanı cəmi 0.2 saniyə qabaqlayıb. Toro Rosso bazadan ehtiyat hissələri aldıqdan sonra maşının asılqanının təmir edib və Sebastyen Buemi 145 dövrə vurmaqla yeni maşına öyrəşib. Lyuis Həmilton isə sonuncu sətri tutub, yeni McLaren MP4-24 günün ən yaxşı nəticəsinə 2.5 saniyə uduzub…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. C.Batton Brawn GP Mercedes 1:19.127 124
2. F.Massa Ferrari Ferrari + 0:01.041 109
3. R.Kubitsa BMW Sauber BMW + 0:01.090 109
4. T.Qlok Toyota Toyota + 0:01.283 99
5. F.Alonso Renault Renault + 0:01.736 107
6. S.Fettel Red Bull Renault + 0:02.038 102
7. N.Rosberq Williams Toyota + 0:02.197 89
8. C.Fizikella Force İndia Mercedes + 0:02.418 97
9. S.Buemi Toro Rosso Ferrari + 0:02.442 140
10. L.Həmilton McLaren Mercedes + 0:02.530 82

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*