17 İyun 2019, Bazar ertəsi - 10:54

P.de la Rosa Campos Meta ilə müqavilə bağlayıb?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:48 - 22 İyul, 2009

İspaniyanın As qəzeti Pedro de la Rosanın yeni Campos Meta komandası ilə ikiillik müqavilə bağlamasını bildirib, bu barədə rəsmən Avropa […]

İspaniyanın As qəzeti Pedro de la Rosanın yeni Campos Meta komandası ilə ikiillik müqavilə bağlamasını bildirib, bu barədə rəsmən Avropa Qran Prisi günlərində Valensiyada elan olunacaq. Pedro Formula1-də 1999-cu ildə Arrows-un sükanı arxasında debüt edib, ispan sürücü 72 yarış keçirib və 2006-cı ildə Macarıstanda yeganə podiumunu qazanıb, amma son illər o McLaren-in test və ehtiyat pilotu vəzifəsini yerinə yetirib.

Şayiələrə görə, Pedro 2008-ci ildə Prodrive komandasında yarışmalı idi, amma komanda çempionatda debüt edə bilmədi, ispan sürücü isə trasa gələn il qayıda bilər. komandanın ikinci maşınının sükanı arxasında braziliyalı Bruno Senna və meksikalı serxio Peres otura bilərlər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər
Paylaş

logo