12 Dekabr 2018, Çərşənbə - 20:31

Yarışa hazırlıq tam qrafik üzrə gedir

Yarışa hazırlıq tam qrafik üzrə gedir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:47 - 26 İyun, 2015

Gələn il ölkəmizdə baş tutacaq Avropa Qran Prisinin əməliyyat direktoru Çingiz Mehdiyev Grandpirx247 resursuna kiçik müsahibə verib. “Formula1 Azərbaycanda” (www.F-1.az) […]

Gələn il ölkəmizdə baş tutacaq Avropa Qran Prisinin əməliyyat direktoru Çingiz Mehdiyev Grandpirx247 resursuna kiçik müsahibə verib. “Formula1 Azərbaycanda” (www.F-1.az) saytı həmin müsahibədən debüt yarışa hazırlıq barədə olan hissəni nəzərinizə çatdırır…

Çingiz Mehdiyev: “Avropa Qran Prisinə hazırlıq tam qrafik üzrə gedir. Düzdür, hələ bəzi tikinti işlərini tamamlamalıyıq, axı yarış ölkəmizin paytaxtının küçələrində baş tutacaq, ona görə də biz qoruyucu baryerlərin yerini dəqiq müəyyənləşdirməliyik. Bütün bu işləri yarışa qədər qurtarmalıyıq.

Bildiyiniz kimi yarış şəhərimizin ən görməli yerlərində keçiriləcək, məncə, yarış fantastik olmalıdır. Uzunluğu 6007 metr olan yarış trası 20 döngədən ibarətdir və müəyyən bir nöqtədə maksimal sürət 340 km/saatın üzərinə çıxmalıdır. Bu hissə dəniz sahilində yerləşir, trasın bu hissəsi füsunkar olmalıdır. Daha bir gözəl hissə köhnə şəhərin içərisi olmalıdır – bu zona YUNESKO-nun Ümumdünya İrsi obyektlərinin siyahısında daxil edilib. Bu sahədə kəskin döngələr, iti bucaqlar, hündürlük fərqləri olacaq. Düşünürəm ki, tras sürücülər üçün maraqlı və çətin olacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 357
Teqlər , ,
Paylaş

logo