L.Stroll: “Yeni mövsümə hazıram”

Williams komandasının debütant sürücüsü Ləns Stroll bildirib ki, 2017-ci il onun üçün çətin keçəcək, amma əlavə edib ki, mübarizəyə hazırdır.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü keçən il Formula3-də Dünya Çempionu titulunu qazanmışdı. Amma kanadalının 2017-ci ildəki komanda yoldaşının kim olacağı müəmmalıdır.

Aerodinamik dəyişikliklərdən sonra bolidlərin yüksək sürətli döngələri əyləcsiz keçməsi gözlənilir. Bundan başqa sürücülərin boynuna daha çox G qüvvəsi düşəcək.

Yeni mövsümlə bağlı danışan Stroll bunları deyib: “Barselonada 8 günlük test bizi gözləyir. Bunların 4 günündə mən, qalan günlərdə isə komanda yoldaşım sükan arxasına keçəcək. Mənim kimi sürücü üçün 4 gün çox deyil. Amma əlimdən gələni edəcəm. Williams komandası mənim debütant olduğumu bilir və mənimlə maraqlanır. Mənim üzərimdə maksimum formada işləyib, yeni mövsümə hazırlayırlar. Səhv etmək istəmirəm. Amma bu uzun təqvimdə bəzi səhvlər edəcəm. Komanda mənə bu mövzuda dəstək verəcək. İşlədiyim mühitdən razıyam. Ümumilikdə çətin mövsüm olacaq və mən hazıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*