P.Verlyayn: Güclü komandada yarışmaq istəyirəm

Sabiq Formula1 sürücüsü Paskal Verlyayn bildirib ki, Formula1-ə ancaq qalib gəlməkçün qayıda bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2016-2017-ci illərdə Manor və Sauber komandalarında yarışmış və 39 yarışda sadəcə 6 xal toplaya bilmişdi. 26 yaşlı pilot hazırda Formula E-də çıxış edir.

Paskal Verlyayn: “Formula1-də yarışmadığımçün narahat deyiləm. Artıq orta qrup komandasında çıxış etmək istəmirəm. Belə təcrübəm oldu və xoşuma gəlmədi. Yarışa gedib 15-ci yeri tutmaq mənlik deyil.

2016-cı ildə Manor komandası ilə Avstriyada 10-cu olanda çox sevinmişdim. Ancaq qələbə ilə eyni hiss deyildi. Liderdən bir dövrə geridə qalmışdıq. Bizim komandada sadəcə 80 nəfər işlədiyi halda, böyük komandalarda 1500-ə qədər adam işləyir. Buna görə də nəticələr fərqli olurdu. Böyük komandadakı sürücülər uzun illərdir ki, yarışırlar və özlərini isbat ediblər. Bu səbəbdən onlar arasında yer tapmaq mənə çətin olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*