Manor sürücüləri bir-birini günahlandırırlar..

Paskal Verlyayn Əbu Dabi yarışında yaşadıqları təmasa görə bir-birini günahlandırıblar.

F-1.az xatırladır ki, yarışın 11-ci döngəsində Okon yeni təkərlərlə Verlyayna hücum etmiş və iki sürücü arasında təmas yaşanmışdı. Fransalı bu təmasdan sonra trasdan kənara çıxmışdı.

Esteban Okon: “Mən fərqli strategiya ilə yarışırdım. Yarışın sonunda sürətli idim və bundan istifadə etmək istədim. Xarici trayektoriyadan hücum etmək istədim, amma Verlyayn mənə boşluq buraxmadı. Mən də trasdan kənara çıxmalı oldum. Bu cür halların yaşanması labüddür. Mübarizə aparırdıq və təmas yaşadıq. Söhbəti böyütmək lazım deyil. Hadisədən sonra boliddə ciddi problem yaranmadı və ikimiz də finişə çata bildik”.

Verlyayn isə bildirib ki, o, komanda yoldaşına lazımi qədər boşluq buraxıb: “Əgər sağ tərəfə baxsaydı, orada ona 100 metrlik boşluq buraxdığımı görərdi. Əgər bu ona bəs etmirsə, nəyin bəs edəcəyini bilmirəm. Nəticədə ikimiz də şikananı kəsdik və yarışa davam etdik. Esteban yeni təkərlərə görə sürətli idi və keçdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*