A.Rossi Manor-a təşəkkür edib

Aleksandr Rossi Manor komandasının pilotu olmaq üçün səy göstərsə də, tələb olunan məbləği toplaya bilməyib.

F-1.az-ın xəbər verdiyi kimi, Manor İndoneziya hökumətindən və şəsxi sponsorundan maddi dəstlək alan Rio Haryanto ilə müqavilə bağlayıb.

Aleksandr Rossi Manor-a keçən il ona yarışmaq fürsəti verdiyi üçün təşəkkür edib: “Mənə verdikləri imkan və dəstəyə görə Manor Racing-ə təşəkkürümü bildirirəm. Tezliklə sizə yaxşı xəbərlərim olacaq…”

Xatırladaq ki, Rossi keçən il Sinqapur, Yaponiya, ABŞ, Meksika və Braziliya yarışlarında Roberto Merhini əvəzləmiş və ən yaxşı nəticəsi Ostindəki 12-cilik olmuşdu.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*