Nürburqrinqdə birinci və ikinci sərbsət yürüşlər ləğv edilib

Havanın soyuq, buludlu və yağışlı olması ilk məşqlərin iki dəfət təxirə salındıqdan sonra ləğv edilməsinə səbəb olub. Yağıntı ikinci sessiyada da davam edib və komandalar cümə günü işləyə bilməyiblər.

F-1.az bildirir ki, hava şəraiti əgər lazım gələrsə, tibbi helikopterin qalxmasına imkan verməyib. Ən yaxın xəstəxanaya yolun uzun olması belə qərarın qəbul olunmasını məcburi edib.

Qeyd edək ki, bu il İmolada baş tutacaq yarışda həftəsonu iki gündən ibarət olacaq və komandalar cümə günü işləməyəcəklər. Hava şəraiti iştirakçıları həmin formatla elə Nürburqrinqdəcə tanış edib.

Burada ilk sərbəst yürüşlərdə Ferrari-nin Sürücülər Akademiyasının iki üzvü – Mik Şumaxer və Kallum Aylott müvafiq olaraq, Alfa Romeo və Haas-ın sükanı arxasına keçməli idilər və hər iki sürücü F1-in rəsmi sessiyasında  debütlərini növbəti dəfəyə təxirə salmalı olublar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*