Brawn GP-nin yeni sponsoru

Brawn GP komandası Braziliyanın Cervejaria Petropolis pivə şirkəti ilə xüsusi müqavilə bağlamasını elan edib, müqaviləyə görə şirkət Braziliya Qran Prisi […]

Brawn GP komandası Braziliyanın Cervejaria Petropolis pivə şirkəti ilə xüsusi müqavilə bağlamasını elan edib, müqaviləyə görə şirkət Braziliya Qran Prisi zamanı komandaya sposnor dəstəyi göstərəcək. Şirkətin yerli avtoidmanla ənənəvi sıx əlaqələri var, amma Brawn GP ilə əməkdaşlıq sayəsində Cervejaria Petropolis ilk dəfə özünün İtaipava brendini Formula1 səviyyəsinə qaldıracaq. BGP001-in burnunda və yan pantonlarında, Censon Batton və Rubens Barrikellonun şlemlərində Braziliya uik-endinin gedişində İtaipava-nın loqotipləri peyda olacaq…

Nik Fray: “Biz Cervejaria Petropolis şirkəti ilə əməkdaşlığın başlanmsaını elan edirik və bu əməkdaşlıq İtaipava brendindən başlayacaq. Braziliya Qran Prisi böyük hadisədir, burda fantastik atmosfer olur və biz fəxr edirik ki, Brawn GP yerli ən nüfuzlu brendlə milli mərhələni keçirəcək.

Mövsüm və çempionatda qələbə kulminasiyaya çatmaqdadır və bizim əməkdaşlığımız uğurlu olmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*