M.Şumaxer özünü Mercedes-ə yaxın hiss edir

Mik Şumaxer özünü Mercedes-də yaxşı hiss etdiyini deyib.

F-1.az xatırladır ki, Mik Şumaxer 2022-ci ilin sonunda əvvəlcə Haas komandasındakı oturacağını, sonra isə Ferrari Sürücü Akademiyasındakı yerini itirib. Almaniyalı gənc bundan sonra Mercedes komandasına üçüncü sürücü kimi transfer olunub.

Mik Şumaxer: “Özümü həmişə Mercedes-ə yaxın hiss etmişəm. Bu ailəmə görə yox, gəncliyimdə burada vaxt keçirdiyim üçündür. Bu komandanın bir hissəsi olduğum üçün sevincliyəm. Komandaya kömək olmaq üçün əlimdən gələni edəcəm. Ümidvaram ki, ilin sonunda çempion olarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*