N.Rosberq: “Mən sadəcə xoşbəxtəm”

Niko Rosberq Formula1 karyerasında ilk qələbəsini Çin Qran Prisində qazanıb – bu qələbə Mercedes AMG komandasının yeni tarixində ilk qələbəsidir… […]

Niko Rosberq Formula1 karyerasında ilk qələbəsini Çin Qran Prisində qazanıb – bu qələbə Mercedes AMG komandasının yeni tarixində ilk qələbəsidir…

Niko Rosberq: “İnanılmaz qeyri-adi hisslərdir! Hər şey yaxşıdır! Mən sadəcə xoşbəxtəm! Komanda iki il yarım bu qələbəyə gedirdi, indi isə biz çox sürətlə inkişaf edirik. Hərçənd, bu gün belə sürətli olmağımızı gözləmirdik. Mən başa düşürdüm ki, liderlər qrupunda yarışı başa vurmağa yaxşı şanslarım var, amma yarışın gedişində bizim tempimiz məni çox sevindirdi.

Bütün komandaya böyük təşəkkür edirəm, xüsusən də bizim mühəndislərə, məhz onlar gərgin çalışaraq optimal sazlanmalar tapdılar. İlk iki yarışda bizim müəyyən problemlərimiz var idi, amma bu gün hər şey uğurlu alındı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*