Q.Çjou ilin debütantı seçilib

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou ilin debütantı seçilib.

F-1.az xatırladır ki, çinli sürücü bu mövsüm 6 xal toplayaraq, mövsümü 8-ci yerdə bağlayıb. Gənc sürücü digər namizədlər olan Rio Hirakava, Kristian Lunqard, Loqan Sarcenti qabaqlayıb.

Quanyu Çjou: “Hamıya salamlar! Gördüyünüz kimi ilin debütantı seçildim. Mənə dəstəkləyən və səs verən hər kəsə təşəkkür edirəm. İl ərzində mübarizə apardım və azarkeşlərin dəstəyini gördüm. Hamınıza təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*